Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin yubiley konserti olub

15 İyul, 2019 09:48 | Siyasət | Baxış sayı: 40

Heydər Əliyev Mərkəzinin parkında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Samir Cəfərov, Mənsum İbrahimov, Ağadadaş Ağayev, Gülyaz və Gülyanaq Məmmədovalar, İlqar Muradov, Mələkxanım Əyyubova, Əməkdar artistlər Fərqanə Qasımova, Aygün Bəylər, Sevda Ələkbərzadə, Ədalət Şükürov, tanınmış ifaçılar Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ərəstun Quliyev, həmçinin “Mirvari” rəqs ansamblı çıxış edib. Sənətçilərin səsləndirdikləri mahnı və kompozisiyalar paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının alqışları ilə qarşılanıb.