Ermənilərin Putinə bağladığı böyük ümid

15 İyul, 2019 13:01 | Siyasət | Baxış sayı: 572
Vladimir Putin
Vladimir Putin

2020-ci il yanvarın 1-dən Ermənistan üçn Rusiya qazının min kubmetrinin qiyməti n 200 dollara qədər qalxacaq - hazırda 165-dir.

Hakimiyyət Rusiya mavi yanacağının qiyməti üzrə gedən danışıqların detallarını gizlədir - bu barədə “Jamanak” qəzeti yazır.

“İndiki hakimiyyət bütün imkanları ilə qazın qiymətinin gözlənilən bahalaşmasının yumşaldılması üçün addımlar atır”,- deyə İrəvanda dərc olunan digər qəzet “Past” yazır ki, əks halda, bu, Paşinyanın komandasına baha başa gələr.

Məhz İrəvanda buna görə Putinin Ermənistana səfərini səbirsizliklə gözləyirlər - əgər bu səfər baş tutarsa. Səfərin baş tutmaması üçünsə səbəb çoxdur - bu sıraya Ermənistan nümayəndə heyətinin Rusiyanın AŞPA-ya geri qaytımasının əleyhinə səs verməsi, eks prezident Robert Koçaryanla bağlı vəziyyət və s. daxildir. Koçaryanı gah ev həbsinə, gah da həbsə soxurlar. Moskva artıq Ermənistan XİN başçısına bunu  bəyənmədiyini bildirib.

 KİV-lərinin yazdığına görə, rəsmi İrəvan yalnız qazın qiymətini aşağı salmağa nail olmağı düşünmür, həm də Rusiya liderindən əlavə kreditlər almaq niyyətindədir. İqtisadiyyat bu gün çox ağır vəziyyətə düşüb, indi yaydır. Qışda yetərincə pis olacaq. Məhz buna görə Paşinyanın komandası Putini Tanrı elçisi - xilaskar kimi gözləyir. Amma onun gəlib-gəlməyəcəyi məlum deyil.