Putin prezidentə ad günündə dondurma bağışladı

15 İyun, 2019 12:01 | Siyasət | Baxış sayı: 126
V.Putin dondurma hədiyyə etdi
V.Putin dondurma hədiyyə etdi

Rusiya lideri hədiyyəni vermək üçün Çinə gedib

Rusiya prezidenti Vladimir Putin ad günün qeyd edən çinli həmkarına qeyri-adi hədiyyə edib. O, Si Cinpinə Rusiya dondurmaları təqdim edib. 

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, bu gün Düşənbədə keçirilməsi nəzərdə tutulan sammitdən öncə Putin həmkarına iqamətgahında baş çəkib. "Prezident ikitərəfli əlaqələrin inkişafında Si Cinpinin rolunu yüksək qiymətləndirib". 

Bir neçə il öncə iqtisadi sammit zamanı çinli biznesmenlər Putinə Rusiya istehsalı olan dondurmaların Çində çox populyar olduğunu demişdilər. Putin də növbəti səfəri zamanı çinli həmkarına bu şirniyyatlardan pay aparıb. 

Xatırladaq ki, bu gün Tacikistanın paytaxtı Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı işə başlayıb.

İyun ayının 15-də Çin liderinin 66 yaşı tamam olur.