İcra başçısı həbs edilən rayonun prokuroru işdən çıxarıldı

15 May, 2020 10:57 | Siyasət | Baxış sayı: 133
İmza
İmza

Baş prokuror Kamran Əliyev əmr imzalayıb

Azərbaycanda daha bir rayon prokuroru işdən azad edilib.

İstiPress-in məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Ağstafa rayon prokuroru Aslan Surxayev isə tutduğu vəzifədən azad olunub. 

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.