Putin Pompeo ilə nədən danışdı?

15 May, 2019 10:43 | Siyasət | Baxış sayı: 32
Vladimir Putin və Maykl Pompeo
Vladimir Putin və Maykl Pompeo

Uşakov liderlərin görüşünə Moskvanın mövqeyini açıqladı

Rusiyada səfərdə olan ABŞ dövlət katibi Maykl Pompeo prezident Vladimir Putin ilə görüşüb. Prezident dövlət katibi ilə görüşündə Rusiya və ABŞ liderlərinin G20 sammitində mümkün görüşünü müzakirə ediblər.

"Moskva konkret təklif gözləyir", deyə prezidentin köməkçisi Yuriy Uşakov danışıqların nəticəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Moskva prezidentlərin potensial kontaktı üçün istənilən formata hazırdır. "Biz istənilən kontakta hazırıq. Trampla ayaqüstü görüş də ola bilər, masa arxasında mzakirələr də. Hər şey bizim amerikalı tərəfdaşlarımızın əhvalından asılıdır".

Uşakov həmçinin bildirib ki, Rusiyanın ABŞ-dakı seçkilərə məsələsi də söhbətin əvvəlində xatırlanıb. Amma ayrıca məsələ kimi müzairə edilməyib.