Prezident Makedoniyanın yeni rəhbərini təbrik etdi

15 May, 2019 17:19 | Siyasət | Baxış sayı: 19
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

"Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident,

Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".