İran ABŞ-a meydan oxudu: "Savaş olmayacaq"

15 May, 2019 09:00 | Siyasət | Baxış sayı: 96
Əli Xamenei
Əli Xamenei

Ali dini lider ABŞ-la müzakirələrin zəhər olduğunu deyib

"Bu günki mövqeyindən əl çəkmədiyi müddətdə ABŞ ilə müzakirələr zəhərdir. Mübarizə İranın qəti seçimidir". Bunu İran dini lideri ayətullah Əli Xamenei deyib. "Bugünki ABŞ hökuməti ilə müzakirələr isə ikiqat zəhərdir". 

Xamenei İranın ABŞ-la savaş istəmədiyini və bu mübarizənin "iradələrin çarpışması" olduğunu deyib. O, İranın iradəsinin daha güclü olduğunu da qeyd edib. "İranın qəti seçimi ABŞ-a qarşı mübarizədir və bu mübarizədə ABŞ geri addım atmağa vadar olacaq. Bu hərbi mübarizə deyil. Çünki savaş olmayacaq. 

"Müdafiə silahlarınızla bağlı müzakirə aparaq. Niyə bu qədər uzaq məsafəli raketlər istehsal edirsiniz, mənzili azaldın. Əgər biz sizi vursaq bazalarımıza zərbə endirəcək gücə sahib olmayın, cavab vermək səviyyəniz olmasın" deyirlər. Öz maraqlarını hesablayan adamlarla aparılacaq müzakirələr təməldən səhvdir".

İranlı lider qeyd edib ki, ABŞ da daxildə sosial və iqtisadi böhranla üz-üzədir. "Bir adam bir şey deyir, sabah başqa biri əksini söyləyir. Düşməni gözünüzdə o qədər də böyütməyin. Düşmən gücsüzdür, yazıqdır və çarəsizdir demək olmaz. Ancaq onların da problemləri var və o qədər də güclü deyillər".