Ərdoğan Əliyevə zəng etdi

15 May, 2019 14:27 | Siyasət | Baxış sayı: 142
 Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti həmkarını Ramazan ayı münasibəti ilə təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısına telefonla zəng edib.  Azərbaycan Prezidentinin Mətbuat xidmətindən verilən məlumata görə, Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib. O, dövlət başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb. 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirmiş və öz növbəsində Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik etmiş, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.