Əliyev Paşinyan görüşü harada ola bilər?

15 May, 2019 12:50 | Siyasət | Baxış sayı: 96
İlham Əliyev və Nikol Paşinyan Vyana görüşündə
İlham Əliyev və Nikol Paşinyan Vyana görüşündə

Ermənistanın XİN rəhbəri növbəti görüş planından danışdı

Qarabağ münaqişəsinə dair növbəti yüksək səviyyəli danışıqlar ABŞ-dabaş tuta bilər. Bunu Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yeni görüşü Vaşinqtonda baş tutacaq, amma indidən ev sahibi tərəfi qabaqlayaraq nəsə demək düzün olmazdı.

"Bir az gözləmək lazımdır. Tərəflər görüşlərin yeni raundunun təşkil edilməsi üçün müəyyən konkretləşməni gözləyirlər". 

Erməni nazir Bakının Qarabağın tərəf kimi danışıqlar prosesində iştirakının qəti əleyhinə olması barədə azərbaycanlı həmkarının bəyanatını şərh edib. XİN başçısı deyib ki, İrəvan əvvəlki kimi separatçı rejimin iştirakında israr edəcək.

Xatırladaq ki, İ.Əliyev və N.Paşinyan arasında son görüş Vyanada baş tutub. Bu görüşdə də separatçı rejimin nümayəndəsinin iştirakına icazə verilməyib.