Ukraynaya gizli girən onlarla azərbaycanlı saxlanıldı - VİDEO

15 May, 2018 11:52 | Siyasət | Baxış sayı: 66
Ukrayna polisi
Ukrayna polisi

Onların hamısının Rusiya ərazisindən keçdiyi müəyyən olunub

Kiyevin  “Troeşina” bazarı yaxınlığında Ukrayna polisinin gömrük xidməti əməkdaşları ilə birgə apardığı reyd zamanı saxlanan  32 qanunsuz miqrantın 20-si azərbaycanlıdır. 

İstiPress-in "golos.ua"ya istinadən verdiyi məlumata görə, Milli Polisin Daxili Təhlükəsizlik Departamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, onlar bazarın yanındakı hosteldə saxlanılıblar.

Saxlanılanlar arasında 20 Azərbaycan, 8 Banqladeş, 1 Tacikistan, 2 Özbəkistan və 1 Rusiya vətəndaşı var. Onların hamısının Ukraynaya Rusiya ərazisindən keçdiyi və ümumiyyətlə heç bir sənədlərinin olmadığı müəyyən edilib.

Reyd zamanı ümumilikdə 98 qanunsuz miqrant saxlanılıb.

Saxlanılan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi və deportasiyası üçün lazımi sənədlərin hazırlanması məsələsinə baxılır.