Türkiyə İsrail səfirini ölkədən qovdu

15 May, 2018 19:04 | Siyasət | Baxış sayı: 248
Eitan Naeh
Eitan Naeh

İsrailin Ankaradakı səfiri Eiatan Neah Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

İstiPress-in nməlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib. Xəbərə görə, səfirin XİN-ə çağırılmasına səbəb dünən Qəzzada baş verən qanlı hadisələrdir.

Məlumata görə, israilli diplomata Qəzza-İsrail sərhədindəki hadisələrlə bağlı etiraz edilib.

XİN-dəki mənbələrə görə, İsrail səfirinə Türkiyənin Təl-Əvivdəki səfirinin məsləhətləşmələr üçün Ankaraya çağırıldığı və onun da bir müddət sonra ölkəsinə dönməsinin uyğun olacağı bildirilib.

“Haaretz” qəzeti də yazıb ki, səfir Eitan Naehdən Türkiyədən ayrılması istənilib.