Qəzzada ölü sayı 59-a çatdı, 8 aylıq körpə də var VİDEO, FOTO

15 May, 2018 08:45 | Siyasət | Baxış sayı: 217
Qəzzada etiraz
Qəzzada etiraz

Türkiyə ölən fələstinlilərə görə 3 günlük matəm elan etdi

Qəzza zolağı ilə sərhəd boyunca İsrail hərbçiləri ilə toqquşmalar zamanı ölən fələstililərin sayı 59 nəfərə çatıb. İstiPress-in "RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, onların arasında 8 aylıq körpə də var. 

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. "Səkkiz aylıq leyla Ənvər Qandur qazdan zəhərlənərək vəfat edib". 

İsrailin güc strukturları hazır vəziyyətə gətiriliblər. Ölkənin baş nazir Beynyamin Netanyahu bunu özünümüdafiə adlandırıb. 

Baş verən hadisələrlə bağlı Türkiyədə üç günlük matəm elan edilib. Bu barədə baş hökumət sozcüsü Bəkir Bozdağ məlumat verib. Onun sözlərinə görə, Türkiyə ABŞ və israildəki səfirlərini də məsləhətləşmələr aparmaq üçün Ankaraya çağırıb.

Xatırladaq ki, Qəzza zonasında qarşıdurma ABŞ-ın israil səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi fonunda baş verib. Bu köç İsrail dövlətinin 70 illiyi ilə bir günə salınıb. 

İsrailin müdafiə Nazirliyinin məlumatına görə, sərhədboyunca 12 məntəqədə baş tutan aksiyalarda 35 min insan iştirak edib. Nümayişçilər əldə düzəltmə partlayıcılar, yandırıcı vasitə olan butulkalar atıb, maşın şinləri yandırıb, sərhəd məhdudiyyətlərini dağıtmağa cəhd ediblər.

Qəzza
Qəzza
Qəzza
Qəzza