Rusiya Su-35 və MiQ-35 qırıcılarını Azərbaycana neçəyə satacaq?

15 Aprel, 2020 12:10 | Siyasət | Baxış sayı: 133

Rusiyanın “Svobodnaya pressa” portalı yazıb

Azərbaycanın Rusiyadan 4++ nəsil F-35 və MiQ-35 qırıcılarını neçəyə satın ala biləcəyi barədə bəzi rəqəmlər irəli sürülüb.

IstiPress-in məlumatına görə, bu barədə Rusiyanın “Svobodnaya pressa” portalında vurğulanıb.

Bildirilir ki, Su-35 qırıcılarının Azərbaycana satış qiyməti 83 milyon dollardan 104 milyon dollara qədər dəyişə bilər. MiQ-35 qırıcılarını isə Moskva 45 milyon dollara sata bilərdi.

Müqayisə üçün qeyd edək ki, Rusiya Ermənistana 4+ nəsil Su-30SM qırıcılarının birini 25 milyon dollara satıb. Bu zaman Ermənistanın KTMT üzvü olmasına görə qırıcıları Rusiya ordusu üçün müəyyən olunan qiymətə Yerevana veriblər. Azərbaycana isə Rusiya öz qırıcılarını bazar qiymətləri ilə təklif edəcək.

“Svobodnaya pressa” bildirir ki, Su-35 və MiQ-35 qırıcıları F-22, F-35, J-20 və Su-57 qırıcılarından bir qədər aşağı göstəricilərə malikdir, amma 5-ci nəsil qırıcılara çox yaxındır. Gələcəkdə radiolokasiya sistemlərinin daha da inkişaf etməsi ilə bu təyyarələr öz göstəricilərinə görə 5-ci nəsil qırıcılara daha da yaxınlaşa bilər.