Moskvada Qarabağ görüşü başa çatdı - YENİLƏNİB

15 Aprel, 2019 14:22 | Siyasət | Baxış sayı: 248
Moskva  görüşü
Moskva görüşü

XİN başçılarının görüşündə Lavrov da iştirak edir

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin Moskva görüşü başa çatıb.

IstiPress-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşlə bağlı birgə bəyanat yayacağı gözlənilir.

XİN başçıları
XİN başçıları

13:09

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Rusiya mətbuatının verdiyi məlumata görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.