Paşinyan ac erməniləri necə aldadır?

15 Aprel, 2019 11:26 | Siyasət | Baxış sayı: 103
Yoxsul Ermənistan
Yoxsul Ermənistan

İlin birinci rübü iqtisadiyyatın əsl çöküşü yaşanıb

Ermənistanın Statistika Komitəsi rəsmi məlumatları ancaq Paşinyanın komandası ilə razılaşdıqdan sonra dərsc edir. Bu barədə “Past” qəzeti özünün mənbələrinə istinad edərək yazır. Nəşrin yazdığına görə, bu ancaq hansısa rəqəmlərə düzəliş vermək üçün yox, insanlara iqtisadi islahatların onlara nə verdiyini göstərmək üçün edilir. Amma əbəs yerə. Bu ilin birinci rübü əsl çöküş olub.  

“Joxovurd” isə yazır ki, Ermənistan öz kapitalını da sürətlə itirir. Əgər ötən il ərzində kapital axını 173 milyon dollar olubsa, bu il bu rəqəm 194 milyona kimi yüksəlib. Paşinyan hökumətinin hər gün hər şey “ok”dir deməsinə baxmayaraq istehlak mallarına qiymət hər gün artır.

Qəzet həmçinin qeyd edir ki, rəsmi məlumatlara əsasən, unun qiymətində artıq 4 faizlik artım var. Bununla yanaşı əsas qida məhsulu olan çörək də bahalaşıb. Baş nazirin nəzarətində olan mətbuat orqanları isə spirtsiz işçilərin ucuzlaşdığını deyərək aranı sakitləşdirməyə çalışırlar. 

Yerli ekspertlər də hesab edirlər ki, qiymətlər bundan sonra da artacaq. İyun ayının 1-dən Kənd Təsərrüfatı Nazirliyi ləğv edilir. Ət, buğda, un və s. məhsulların idxalı ilə kimin məşğul olacağı isə bilinmir. Ancaq bir şey aydındır – iqtisadi inqilab fikri çöküb. Bu gün artıq insanlar məxməri inqilabdan əvvəlkindən də pis yaşamağa başlayıbılar.

Hər gün daha açıq-aşkar görünür ki, Qarabağ problemi həll edilməsə heç bir iqtisadi sıçrayış olmayacaq. Axı əvvəlcə yolları açmaq lazımdır. Bu olmadan proqresdən də danışmaq olmaz. Paşinyan ilk addımı atmaqdan qorxur. Qarabağla yanaşı o özünün baş nazir kreslosunu da itirə bilər. Bunun üçün də iki stulda oturmağa çalışır. Amma gec və ya tez işğal edilən torpaların azad etməyə getməlidir. Yoxsa onu tamamilə məhv  gözləyir. Keçmişin belə ağır yükü ilə gələcəyə getmək mümkün deyil.