Bu gün Məmmədyarov və Mnatskanyan yenə görüşəcək

15 Aprel, 2019 09:07 | Siyasət | Baxış sayı: 49
Mnatsakanyan və Məmmədyarov
Mnatsakanyan və Məmmədyarov

Görüşdə Sergey Lavrov da iştirak edəcək

Bu gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü olacaq. Elmar Məmmədyarov və Zöhrab Mnatskanyan arasında görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

Qapalı müzakirələr 29 Mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.