Mübariz Mənsimovun Türkiyədə həbs olunduğu iddia edilir

15 Mart, 2020 12:35 | Siyasət | Baxış sayı: 358
Mübariz Mənsimov
Mübariz Mənsimov

Türkiyənin "Sabah" qəzetinin yazarı Dilek Yaman bildirib

“Palmali Group” şirkətinin təsisçisi, əslən azərbaycanlı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.

İstiPress "Milliyet"e istinadən xəbər verir ki, bu barede bu gün Türkiyənin "Sabah" qəzetinin yazarı Dilek Yaman bildirib.  

Xəbərə görə, o, bu gün səhər İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən saxlanılıb.

Şübhəli şəxs kimi saxlanılan iş adamının evində axtarış aparılır.