Rusiya XİN: Qarabağ danışıqların formatı yalnız tərəflərin razılığı ilə dəyişdirilə bilər

15 Mart, 2019 16:12 | Siyasət | Baxış sayı: 97
Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra

"ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri də belə mövqe tutur "

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar formatını dəyişdirməyə qərar verərsə, Rusiya tərəflərin fikirlərinə hörmət edəcək.

İstiPress-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

"Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi dəfələrlə danışıqların formatı barədə fikrini bildirib. Bunun dəyişdirilməsi yalnız tərəflərin razılığı əsasında ola bilər", - o deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri də belə mövqe tutur və bunu onların son bəyanatında da görmək olar.