"Rusiya vətəndaşıyam, amma Ermənistana gedə bilmərəm"

15 Mart, 2019 10:45 | Siyasət | Baxış sayı: 195
Rövşən Əsgərov
Rövşən Əsgərov

Tanınmış azərbaycanlı bunun səbəbini də açıqlayıb

"Mən Rusiya vətəndaşıyam, ancaq Ermənistana girə bilmirəm". Bunu "Nə? Harada? Nə zaman?" klubunun tanınmış oyunçularından olan Rövşən Əsgərov haqqın.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, sonuncu dəfə bu ölkədə 1981-ci ildə olub. R.Əsgərov qeyd edib ki, dünyada ağılsız qanunlar var. Bu qanunlar deyir ki, iki ölkə arasında münaqişə var.

"Mən indi Ermənistana sadəcə buraxmazlar. Bəli mənim Rusiya pasportum var. Bircə odur. Rusiya vətəndaşıyam. Amma insanlar mənim haradan olduğumu bilirlər. Təhlükəsizliyim üçün heç bir zəmanət olmayacaq. Mən problemsiz geri qayıdacağımı bilirəmsə, istənilən ölkəyə sakit şəkildə gedirəm. Ermənistanla bağlı isə belə əminliyim yoxdur". 

Xatırladaq ki, səfər məsləsi bir neçə gün öncə gündəmə gəlib. Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) erməni əsilli ölkə vətəndaşlarına xəbərdarlıq edib. Onlara Azərbaycana planlaşdıran səfər zamanı qətiyyətlə qarşıya çıxa biləcək riskləri dəyərləndirməyi tövsiyə edilib. Erməni əsilli vətəndaşlara Azərbaycan sərhədçilərinin yoxlanmasından keçməyin çətinlikləri barədə məlumat verilib. "Bu, belə insanların şəxsi təhlükəsizliklərinin təmin edilməsinin mümkünsüzlüyü ilə izah edilir".