İrəvanda Rusiya prezidenti həyat yoldaşını öldürdü

15 Mart, 2019 17:59 | Siyasət | Baxış sayı: 2343
Vladimir Putin
Vladimir Putin

Putinin Paşinyandan necə qisas alacağı bu gün bir çox erməniləri düşündürür

Ermənistanın Birinci telekanalı Rusiya əleyhinə təbliğatla məşğuldur və ABŞ-da Rusiya əleyhinə çəkilmiş "Xanım dövlət katibi" serialını nümayiş etdirir.

İstiPress-in məlumatına görə, artıq bir neçə həftədir ki, göstərilən serialda Amerika alicənablığı və qüdrəti ilə yanaşı Rusiyanın Ukraynaya təcavüzü təbliğ edilir ki, bu da bir sıra erməni jurnalistlərin diqqətindən yayınmayıb.

Məsələn, publisist Artyom Xaçatryan “Shame.am” internet-nəşrində baş nazir Nikol Paşinyanı təmsil edən əsas dövlət kanalında göstərilən serialın Rusiyaya qarşı nifrət formalaşdırdığını bildirir. Onun fikrincə, insanların göz yaşları içində baxdığı seriallar ictimai rəy formalaşdırılması üçün ən əlverişli vasitədir:

"Bu filmdə Rusiya prezidenti hansısa xanım Ostrovadır, o, keçmişdə model olub, sonra ərini öldürüb (bunları Mərkəzi Kəşfiyyat İdarəsi ortaya çıxarıb), bir sözlə biabırçılıqdır. Amerika prezidenti isə yüksək əxlaq təcəssümüdür, əsl aristokratdır, öz dövlət katibi ilə birlikdə dünyanı, xüsusilə də Ukraynanı qatil Ostrovadan xilas etməyə çalışır. Dövlət katibi isə həddindən ciddi, vətənə və ədalətə sədaqətli, prinsipial bir xanımdır", - deyə Artyom Xaçatryan yazır.

Təbii ki, teleserialda Rusiya presidentinin həyat yoldaşını öldürməsi məsələsi bir neçə il qabaq qərb mətbuatında Vladimir Putinin boşadığı arvadının adından yayılmış dezinformasiya materiallarına bənzəyir – guya gerçək Putin öldürülüb, onun yerini qat-qat qəddar olan oxşarı tutub və s. Aydındır ki, serialı göstərməklə Nikol Paşinyan həm də Rusiya prezidenti Vladimir Putinə sataşır.    

Artyom Xaçatryanın fikrincə, bu, Ermənistanın indiki “qrantyeyən” elitasının həyasızlığından və satqınlığından başqa bir şey deyil. Xaçatryan həm də düşünür ki, Nikol Paşinyan qərbçi olduğundan Ermənistanda Rusiyaya nifrəti təbliğ edib yaymağa çalışır.

“Nəzərə alsaq ki, indiki gənclərin elə tdə savadı yoxdur, onda qrantyeyənlər üçün iddia etmək elə də çətin olmaycaq ki, ruslar erməni torpaqlarını türklərə və azərbaycanlılara veriblər, qədim bender torpaqlarını isə özlərinə götürüblər”, - deyə erməni publisist vurğulayır. 

Artyom Xaçatryanıne fikrincə, İrəvandakı bu biabrçılıq barədə, Moskvanın yəqin ki, xəbəri var: "Amma açıq şəkildə şikayət etmirlər və etiraz etmirlər. Belə hallarda ruslar fərqli davranırlar – cəzalandırırlar. Necə? Yaxın gələcək göstərəcək", - deyə publisist vurğulayıb.

Əslində, Paşinyanın son bəyanatlarını və Qarabağ münaqişəsinin həlli üzrə  son addımlarını götür-qoy etdikdə erməni publisistin doğru qənaətdə olduğunu görmək olur. Paşinyan Qarabağ münaqişəsinin həllində seperatçı rejimin iştirakını tələb etməklə danışıqlar prosesini dayandırmaq, bununla da Azərbaycanı müharibəyə cəlb etmək istəyir. Daha sonra o, müəyyən istiqamətlərdən müharibənin Ermənistan ərazisinə keçməsinə çalışacaq ki, Rusiya da KTMT-nin metropoliyası kimi müharibəyə müdaxilə etməli olsun. Sonra isə, təbii ki Qərbin xeyir-duası ilə Türkiyə və Pakistan Azərbaycanda, Avropa və ABŞ Gürcüstanda, Moldovada və Ukraynada döyüşə qoşulmalıdır, Dnestryanı, Krım və Donbas, Abxaziya və Osetiya, həmçinin Qarabağ işğaldan azad edilməlidir.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Təbii ki, Ermənistanın infrastruklarının tam dağılcağı, minlərlə əsgərinin öldürüləcəyi bu perspektivdə Paşinyan hakimiyyətdən gedə bilər. Amma getməyə bilər və Qarabağa nəzarəti itirsə də, psevdo-patriot şüarlarla Rusiyanı söyə-söyə Ermənistanı NATO-nun nəzarətinə verə bilər. Qərb hətta hüquqi ərazilərini itirmiş Serbiyada bu praktikadan istifadə edib. Paşinyan Ermənistanda hakimiyyətini itirsə belə, yerini başqaları tutsa belə rahatlıqla Qərbə gedib, özünə gün-güzəran qura bilər – hər halda, Qərbdəki sponsorları onu himayəsiz qoymazlar.

Amma Rusiya bu planı poza da bilər. Məsələn, Azərbaycan qəfil hücumla Dağlıq Qarabağ ətrafındakı 5 rayonu – Ağdam, Fizula, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarını  götürə bilər – daha sonra Rusiya müdaxilə edərək (yaxud Dağlıq Qarabağa bu dəfə rəsmi şəkildə qoşun yeridərək) Azərbaycanın daha da irəliləməsinə mane olar. Eyni zamanda, Ermənistanda Paşinyanı xəyanətdə günahlandıranları fəallaşdırar, beləcə Paşinyan hakimiyyətini itirər və Qarabağ danışıqları Madrid prinsipləri çərçivəsində – Rusiya üçün hətta Lavrov planında da əlverşili şəkildə davam edər. Yəni Azərbaycan Rusiyanı loyallaşdırmaq üçün KTMT-yə girmək üçün müraciət edər. Ermənistan isə növbəti məğlubiyyətinin cəzası kimi Rusiya qarşısında heç bir şərt qoymadan münaqişənini həllinin növbəti mərhələsinə qədəm qoyar və azərbaycanlı qaçqınların öz evlərinə qaytmasına razılıq verər, Ermənistan ordusu dağlıq Qarabağı tərk edərək öz mövqelərini KTMT sülhməramlılarına verər və s…