Bu gün baş nazir hesabat verir

15 Mart, 2019 12:10 | Siyasət | Baxış sayı: 36
Novruz Məmmədov Milli Məclisdə
Novruz Məmmədov Milli Məclisdə

Hesabat Milli Məclisdə dinləniləcək

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb. Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat daxildir.

Plenar iclasda Baş nazir Novruz Məmmədov və hökumət üzvləri iştirak edirlər.

Hökumətin hesabatını Baş nazir Novruz Məmmədov təqdim edəcək.