Bakıda ziyafət verildi - prezident də qatıldı

15 Mart, 2019 09:11 | Siyasət | Baxış sayı: 56
Ziyafət
Ziyafət

Ziyafət VII Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə təşkil edilib

Bakıda VII Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib. Azərbaycan prezident İlham Əliyev ziyafətdə iştirak edib. Dövlət başçısı ziyafətdə iştirak edən yüksək səviyyəli qonaqlarla görüşüb. Ziyafətdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də sabiq dövlət və hökumət başçıları, tanınmış siyasi və ictimai xadimlər iştirak ediblər.

Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq yeddinci dəfədir baş tutur. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən budəfəki Forumda qlobal siyasətin dəyişməsində böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu və digər mühüm məsələlər müzakirə edilir.

Xatırladaq ki, Qlobal Bakı Forumu artıq ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.

İlham Əliyev - Azərbaycan prezidenti
İlham Əliyev - Azərbaycan prezidenti