Alman politoloqdan erməni xəbərdarlığı

15 Mart, 2019 11:30 | Siyasət | Baxış sayı: 113
Azərbaycanın Ermənistan tərəfindən  işğal edilən rayonları
Azərbaycanın Ermənistan tərəfindən işğal edilən rayonları

"Rəsmi Bakı erməni təxribatına uymamalıdır"

İrəvan ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifinə qarşıdır. Belə nəticəyə Ermənistan baş naziri Nikol Paşinyanın bəyanatlarından sonra məşhur alman politoloq Hayko Lanqner gəlib.

Ekspertin sözlərinə görə, bu Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin açıq sabotajıdır. Lanqner deyir ki, Ermənistanın baş naziri danışıqlar prosesinə separatçı rejimin nümayəndələrini cəlb etmək istəyir. "Bu isə bütün dünya ictimaiyyətinə qarşı bir gedişdir". 

Alman siyasətçi erməni nazirin bəyanatını Ermənistan vətəndaşlarının daxili problemlər, ilk növbədə iqtisadi məsələlərdən diqqətini yayındırmaq cəhdi kimi qiymətləndirir. "Ermənistan xalqı Paşinyanı yeni müharibə başlatması üçün yox, faciəli durumda olan iqtisadi vəziyyəti düzəltmək üçün baş nazir postuna seçib".

Ekspert ermənistanın müdafiə nazirinin hərbi strategiyanı hücuma əsaslandırmalı olduqları barədə fikirlərindən də narahatdır. “Rəsmi Bakı erməni təxribatına uymamalıdır. Ancaq bu halda Azərbaycan beynəlxalq ictimaiyyətin daha güclü siyasi dəstəyinə arxalana bilər”.