Qarabağda erməni hərbçi öldü

15 Fevral, 2020 09:49 | Siyasət | Baxış sayı: 31
Erməni hərbçisi
Erməni hərbçisi

Hərbçi naməlum şəraitdə ölüb

Azərbaycanın işğal altında olan torpaqlarında daha bir erməni hərbçisi ölüb. Bu barədə erməni mətbuatı məlumat yayıb.

Hadisə ötən gün saat 19 radələrində baş verib. Müddətdən artıq hərbi xidmətdə olan şəxs ötən gün güllə yarası alıb. 

Həyatını itirən 1997-ci il təvəllüdlü Ayk Asryandır. Onun hansı şəraitdə öldüyü bəlli deyil.