Paşinyan Almaniyada biabır oldu VİDEO

15 Fevral, 2020 10:18 | Siyasət | Baxış sayı: 133
Nikol Paşinyan
Nikol Paşinyan

Almanlar Ermənistan bayrağına ehtiyac duymadılar

Almaniyaya səfər erdən Ermənistanın baş naziri Nikol Paşinyan özünü biabır edib. Bundestaqın prezidenti Volfqanq Şoyble ilə görüş zamanı Paşinyan ölkəsinin bayrağını axtarmaq üçün vurnuxub. Lakin buna nail ola bilməyib. 

Görüşün keçiriləcəyi salona gələn erməni nazir yanında dayanmaq üçün ölkəsinin bayrağını axtarıb. Lakin əbəs yerə. Almanlar salona ancaq Avropa Birliyi ilə öz ölkələrinin simvollarını yerləşdirməyi lazım biliblər. ermənistan bayrağına isə ehtiyac belə duyulmayıb. 

Özünü itrən Paşinyan Avropa Birliyinin bayrağı yanında qoyulan masada əyləşməli olub.