Münhendə Əliyev və Paşinyan Qarabağdan danışacaq

15 Fevral, 2020 09:12 | Siyasət | Baxış sayı: 69
İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

Müzakirələr bu gün baş tutmalıdır

Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edən Azərbaycan prezidenti İlham Əliyev bir sıra görüşlər keçirib.

İqor Dodonla görüş zamanı dövlət başçısının Moldovaya səfər tarixi müzakirə edilib.  

Əfqanıstan və Azərbaycan dövlət başçıları  Məhəmməd Əşrəf Qani ilə İlham Əliyev iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulayıblar.

İlham Əliyev özünün qazaxıstanlı həmkarı ilə də görüş keçirib.

Bu gün axşam isə Münhendə Dağlıq Qarabağ üzrə müzakirələr baş tutacaq. Burada İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək. 

İqor Dodonl
İqor Dodonl
Kasım-Jomart Tokayev ilə görüş
Kasım-Jomart Tokayev ilə görüş