MSK sədri: "Kimin əlində nə varsa, gec olmadan bizə versin"

15 Fevral, 2020 16:10 | Siyasət | Baxış sayı: 119
Məzahir Pənahov
Məzahir Pənahov

Məzahir Pənahov pozuntuları sosial şəbəkədə yayanlara təşəkkür etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçki məntəqələrində baş verən pozuntuları sosial şəbəkədə yayanlara təşəkkür edib. O bildirib ki, MSK məntəqələrdə baş verən pozuntularla bağlı cavab verməyə məcburdur:

Onun sözlərinə görə, məntəqələrdə baş verən pozuntuların ictimailəşdirilməsində xidməti olanlar MSK-nın köməkçiləridir. "Mən bu işdə əməyi keçənlərə “çox sağ ol” deyirəm. Eyni zamanda bu pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq.Məntəqələrdə səsverməyə müdaxilə etmək yolverilməzdir. Səsverməni bir saniyə belə dayandırmağa hətta bizim də hüququmuz yoxdur. Amma, eyni zamanda, müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar.

Biz təklif edirik ki, kimin əlində nə material varsa, gec olmadan bizə təqdim etsin”.