MSK bu namizədlərdən şikayətləri DSK-lara göndərdi YENİLƏNİB III

15 Fevral, 2020 15:26 | Siyasət | Baxış sayı: 182
Seçki
Seçki

Məzahir Pənahov: "Bizim heç kimdən çəkinəcəyimiz yoxdur"

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətlərə baxılıb.

Aşağıdakı dairələr üzrə müraciətlər baxılması üçün Dairə Seçki Komissiyalarına göndərilib.

9 saylı Binəqədi ikinci seçki dairəsi - Lider namizəd Kəmaləddin Qafarov

11 saylı Qaradağ seçki dairəsi - Lider namizəd Aydın Hüseynov 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi - Lider namizəd Xasayeva Səbinə

5 saylı Yasamal seçki dairəsi - Lider namizəd Ülvi Quliyev 

16 saylı Yasamal ikinci seçki dairəsi - Erkin Qədirli

18 saylı Nərimanov-Nizami seçki dairəsi - Lider namizəd Rasim Musabəyov 

23 saylı Nəsimi-Səbail seçki dairəsi - Lider namizəd Ziyad Səmədzadə

29 saylı Səbail seçki dairəsi - Lider namizəd Nigar Arpadari

31 saylı Suraxanı ikinci seçki dairəsi - Etibar Əliyev

41 saylı Sumqayıt birinci seçki dairəsi - Lider namizəd Hicran Hüseynova

42 saylı Sumqayıt seçki dairəsi - Lider namizəd Tahir Mirkişili

47 saylı Mingəçevir seçki dairəsi - Lider namizəd Aydın Mirzəzadə

54 saylı Şabran-Siyəzən seçki dairəsi - Lider namizəd Qurbanov Sadiq

56 saylı Xaçmaz kənd seçki dairsi - Lider namizəd Mikayılova Sevil

63 saylı Sabirabad birinci seçki dairəsi - Lider namizəd Cəfərov Kamal

72 saylı Yardımlı-Masallı seçki dairəsi - Lider namizəd Musa Qasımlı 

77 saylı Astara seçki dairəsi - Lider namizəd Rəşad Mahmudov

78 saylı Lerik seçki dairəsi - Lider namizəd İqbal Məmmədov

79 saylı İmişli seçki dairəsi - Lider namizəd Razi Nurullayev

82 saylı Ağcabədi seçki dairəsi - Lider namizəd Tahir Rzayev 

91 saylı Ucar seçki dairəsi - Lider namizəd Ramil Həsən

94 saylı Bərdə kənd seçki dairəsi - Lider namizəd Zahid Oruc

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi - Lider namizəd Ülviyyə Ağayeva

112 saylı Qax seçki dairəsi - Lider namizəd Azər Kərimli 

Qeyd edək ki, MSK-nın növbəti iclası fevralın 17-i saat 16:00-da keçiriləcək. Növbəti daxil olan müraciətlərə həmin iclasda baxılacaq. /qafqazinfo/

Saat 14:53

MSK-nın iclasında daha bir neçə müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

İclasda 112 saylı Qax Seçki Dairəsi,

40 saylı Kəpəz İkinci (Gəncə) seçki dairəsi,

32 saylı Suraxanı Üçüncü Seçki dairəsi,

63 saylı Sabirabad Birinci Seçki Dairəsi,

16 saylı Yasamal İkinci Seçki dairəsi,

47 Saylı Mingəçevir Seçki dairəsi,

60 Saylı Salyan-Neftçala Seçki dairəsi,

107 saylı Qazax Seçki dairəsi üzrə müraciətləri araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Saat 14:43 

"Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti göz qabağındadır, tam qanunidir və bizim heç kimdən çəkinəcəyimiz yoxdur". Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. O bildirib ki, əgər qanun pozuntusu olsaydı, beynəlxalq təşkilatlar dünyaya car çəkərdilər.

İclasda

8 saylı Binəqədi Birinci seçki dairəsi, 

13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi, 

15 saylı Yasamal Birinci Seçki dairəsi, 

18 saylı Nərimanov-Nizami seçki dairəsi, 

22 saylı Nəsimi İkinci Seçki dairəsi 

29 saylı Səbail seçki dairəsi,

34 saylı Xətai İkinci Seçki dairəsi, 

56 saylı Xaçmaz kənd seçki dairəsi,

72 saylı Yardımlı-Masallı seçki dairəsi, 

82 saylı Ağcabədi seçki dairəsi,

94 saylı Bərdə kənd seçki dairəsi,

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi, 

üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Saat 14:14

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb. İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə şikayətə baxılacaq. Müraciətlərlə bağlı qərarlar veriləcəyi gözlənilir. 

Qeyd edək ki, MSK-nın sonuncu iclası fevralın 13-də keçirilib.  Nəticədə ümumilikdə, 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş şəxlər - Çingiz Qənizadə, Hadı Rəcəbli, Rauf Arifoğlu və Hüseynbala Mirələmov olub.