Putin Rusiya hökumətini istefaya göndərdi

15 Yanvar, 2020 18:26 | Siyasət | Baxış sayı: 127
Vladimir Putin
Vladimir Putin

Rusiya lideri Federal Məclisə müraciət edib

Rusiya hökuməti tam tərkibdə istefaya gedib.

İstiPress-in məlumatına görə, bunu Baş nazir Dmitri Medvedev deyib.

“Prezident Vladimir Putinin bu gün Federal Məclisə müraciətindən sonra hökumət tam tərkibdə istefaya gedir”, - Medvedev əlavə edib.

Prezident Vladimir Putin isə hər şeyin yolunda getməsinə baxmayaraq, birlikdə çalışdıqlarına görə hökumət üzvlərinə təşəkkür edib. Rusiya lideri yaxın vaxtlarda Nazirlər Kabinetinin hər bir üzvü ilə görüşəcəyini söyləyib. Hələlik isə onların hər birindən vəzifə səlahiyyətlərini tam şəkildə yerinə yetirmələrini xahiş edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Federal Məclisə müraciətlə çıxış edib.