Böyük Britaniyanın İrandakı səfiri ölkəni tərk edib

15 Yanvar, 2020 16:28 | Siyasət | Baxış sayı: 26
Robert Makeir
Robert Makeir

Bir neçə gün əvvəl saxlanıldıqdan sonra sərbəst buraxılmışdı

Böyük Britaniyanın İrandakı səfiri Robert Makeir Tehranı tərk edib.

İstiPress bu barədə “Tasnim”ə istinadən xəbər verir.

Bundan əvvəl İran hökuməti səfirin Tehrandakı etiraz aksiyalarında iştirak etməsindən sonra onu ölkədən beynəlxalq hüquq əsasında çıxartmaq məsələsini araşdırdığını bildirmişdi.

Xatırladaq ki, səfir R.Makeir bir neçə gün əvvəl saxlanıldıqdan sonra sərbəst buraxılmışdı. İran hökumətinin bildirdiyinə görə, diplomat Tehranda keçirilən etiraz aksiyalarına gedib “təşkilatlanma və təhrikçiliklə məşğul olmuş, habelə bəzi radikal hərəkətlərə rəhbərlik” etmişdi.