ABŞ-dan Türkiyə ilə bağlı gözlənilməz etiraf - Boyun əymədilər

15 Yanvar, 2020 11:25 | Siyasət | Baxış sayı: 119
S-400
S-400

Ankara Vaşinqtonun təzyioqlərinə baxmayaraq geri addım atmayıb

ABŞ Türkiyənin Rusiyadan aldığı "S-400" raketdən müdafiə kompleksi ilə bağlı gözlənilməz etiraf edib. İstiPress-in məlumatına görə, Pentaqon rəsmisi Ellen Lord Vaşinqtonun bütün təzyiqlərinə baxmayaraq Türkiyənin boyun əymədiyini bildirib. O, Ankaranın Rusiya istehsalı olan sistemi almaq fikrindən daşınmadığını deyib.

Pentaqonun satınalma işlərindən məsul olan müşavir köməkçisi Ellen Lord belə açıqlamanı mətbuat konfransı zamanı verib. "F-35 və S-400-lərin uyğun olmadıqlarını açıq şəkildə dedik. Təəssüf ki, Türkiyə "S-400"lə bağlı hər hansı addım atmaq haqqında qərar vermədi".

Lord Türkiyədədki "F-35"in hissələrinin istehsalınının böyük bir hissəsini gələcək marta ayına kimi ABŞ-a köçürməyi planlaşdırdıqlarını da deyib. 

Xatırladaq ki, ABŞ Türkyəyə "Partiot" sistemini satmaqdan imtina edib. Bundan sonra Türkiyə daha sərfəli şərtlər ilə Rusiyadan "S-400" kompleksinin alınması ilə bağlı razılıq əldə edildiyini açıqlayıb. ABŞ və NATO bu alqı-satqıya kəskin etiraz ediblər. ABŞ Türkiyəni sanksiyalarla təhdid etsə də, rəsmi Ankara dünyanın ən güclü sistemlərindən birini almaq fikrindən daşınmayıb.