Prezident Siraqəddin Cabbarov haqqında sərəncam verdi

14 Dekabr, 2019 16:54 | Siyasət | Baxış sayı: 172
Sərəncam imzalandı
Sərəncam imzalandı

İH başçısı ordenlə təltif edilib

Prezident İlham Əliyev Siraqəddin Cabbarov haqqında sərəncam imzalayıb. Dövlət başçısı S.Cabbarovu orden ilə təltif edib. Sərəncamda deyilir:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siraqəddin Nəcəf oğlu Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, o Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli sərəncamı ilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.