Çingiz Mustafayev adına radiotezliyin başına gələn yeni bəla

14 Dekabr, 2019 14:08 | Siyasət | Baxış sayı: 537
Milli qəhrəman Çingiz Mustafayev
Milli qəhrəman Çingiz Mustafayev

102,0 MHs işçi tezliyi 102,1 MHs-ə dəyişdirilə bilər

Hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində müsabiqəyə çıxarılan 102,0 MHs işçi tezliyi 102,1 MHs-ə dəyişdirilə bilər. Bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov deyib.

Onun sözlərinə görə, rəqəmli radio yayımı tətbiq olunduqda bir işçi tezlikdə 10...12 radio proqramı yayımlanır: “Bu halda yayımçılardan hansı həmin tezliyin sahibi sayılmalıdır? Yayımçı öz radio və ya televiziya şirkətinin sahibidir”.

MTRŞ ötən ay milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib.

Əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olmuşdu. Hətta Azərbaycan ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışdı.

Ümumilikdə, müsabiqəyə 5 şirkət - “Real Təhlil və İnformasiya Mərkəzi” MMC, “TV Media Azerbaijan” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC və “OMD Azerbaijan” MMC qatılıb. /virtualaz/