Rusiya və Türkiyə XİN başçıları Bakıda görüşdü

14 Dekabr, 2018 11:13 | Siyasət | Baxış sayı: 23
Sergey Lavrov və Mövlud Çavuşoğlu
Sergey Lavrov və Mövlud Çavuşoğlu

Danışıqlar bağlı qapı arxasında davam edir

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında Bakıda görüş keçirilir. Görüş Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində baş tutur.

Nazirlər danışıqları bağlı qapı arxasında davam etməyə qərar veriblər.

Qeyd edək ki, bu gün Azərbaycanın sədrliyi çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası işə başlayıb.

İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.