Putindən Paşinyana zərbə

14 Dekabr, 2018 11:33 | Siyasət | Baxış sayı: 198
Paşinyan
Paşinyan

Rusiya parlament seçkisindəki qələbəyə görə təbrik mesajı göndərmədi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı parlament seçkisindəki qələbəsi ilə bağlı təbrik etməyib. Ermənistanın ən yaxın tərəfdaşı hesab edillən ölkədən təbrik ala bilməməsi ölkə mətbuatının gündəmi olub.

Rusiyanın dövlət müşaviri Modest Kolerov bildirib ki, mövcud vəziyyətin meydana gəlməsinin səbəblər var. Rusiyalı ekspert hesab edir ki, bu hal Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsi ilə bağlı ola bilər.

Alman politoloq Aleksanda Rar da həmkarının fikri il razıdır- "Bu problemin olmasına işarə edən mesajdır. Əgər təbrik olsa belə Moskva artıq öz tərəfdaşıdan üz döndərib. Yeni erməni rəhbərliyi işin nə yerdə olduğundan xəbərdardır”.

Moskva və İrəvan arasındakı gərginlik artıq, görünür yaxın zamanlda bu böhran daha da dərinləşəcək. 

Xatırladaq ki, Vladimir Putindən başqa Paşinyanı Belarus, Qazaxıstan, Qırğızıstan liderləri də təbrik etməyiblər.