Londonda “sarı jiletlilər” körpünü bağladı - VİDEO

14 Dekabr, 2018 19:07 | Siyasət | Baxış sayı: 54

Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyiblər

Londonda Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyən “sarı jiletlilər” “Brexit indi!” şüarı ilə aksiya keçiriblər.

İstiPress-in məlumatına görə, etirazçılar “Vestminstr körpüsü”nü bağlayıblar. Körpünün tutulması nəticəsində nəqliyyatın hərəkəti dayanıb.

Noyabrın 17-dən Fransada “sarı jiletlilər”in aksiyası başlayıb. Daha sonra bu hərəkat bir çox Avropa ölkəsinə yayılıb.