Ermənilər donacaq

14 Dekabr, 2018 15:08 | Siyasət | Baxış sayı: 139
Təbii qaz
Təbii qaz

Rusiya yanvarın 1-dən qazın tarifini artıra bilər

Ermənilər bu qış dona bilər. Rusiya qazının qiyməti ilə bağlı ilə danışıqların müddəti bu günlərdə - 31 dekabrda bitir. “Jamanak” qəzeti etibarlı mənbələrinə istinadla yazır ki, Moskva və İrəvan arasında qaz qiyməti ilə bağlı heç bir danışıq aparılmır.

Yanvarın 1-dən sonra Moskvanın İrəvana qazı daha yüksək qiymətlə satacağı ehtimalı böyükdür. Nəticədə əhali üçün də tariflər qəfil artacaq.

Ermənistanın yeni hakimiyyəti Rusiya rəhbərliyini erməni icması, qarşıdan gələn soyuq qış haqqında düşünməməkdə ittiham edir. Amma nəşr qeyd edir ki, buna görə məsuliyyəti Moskva yox, Ermənistan rəhbərliyi daşıyır.

Əlavə edək ki, qazın qiyməti ilə bağlı danışıqlar erməni güc sturukturlarının “Qazprom”un Ermənistandakı bölməsinə hücumundan sonra dayandırılıb.