Saakaşvilinin arzusu - "Mer olardım"

14 Dekabr, 2017 12:50 | Siyasət | Baxış sayı: 158
Mixail Saakaşvili
Mixail Saakaşvili

Kiyevdəki keşmiş prezidentin planlarından danışdı

Ukraynada olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili mer olmaq istəyir. İstiPress-in məlumatına görə, bu barədə açıqlamanı o özü verib. Odessanın keçmiş qubernatoru olan Saakaşvili "24 kanal"ın efirində bu arzusundan danışıb.

"Mən Odessanın meri olmaq istəyirəm. Zarafat deyil. Odessanı ayağa qaldırmaq istəyirəm. Amma bunun üçün oyunun bütün qaydalarını dəyişmək lazımdır".

Bununla belə keçmiş prezident deyib ki, Odessaya qayıtmağa yaxşı baş nazir olacağı və bu sahədə fəaliyyətini başa vurduqdan sonra hazırdır. Siyasətçi Ukrayna ilə bağlı planlarına da aydınlıq gətirib. Ölkədə 70 günə islahatlar keçirilir, dövlət aparatını 2/3 hissəsini azaldır. 

Keşmiş qubernator və prezident Saakaşvili prezident ambsiyasının olmadığını vurğulayıb. "Mən ada görə prezident ola bilmərəm. Mən yenidən bu rutinə girmək istəmirəm. Mənə lazım olan yaxşılığa doğru irəliləməkdir. Sonra adi Ukrayna vətəndaşı kimi ölkədə qala bilərəm". 

Xatırladaq ki, bir neçə gün öncə Saakaşvili Ukrayna hökumətinə rəhbərlik etmək iddiasında olduğunu açıqlamışdı. 

Saakaşvili 2015-ci ilin may ayından 2016-cı ilin noyabrına kimi Odessa qubernatoru olub. lakin prezident petro Poroşenko ilə münasibəti korlandığı üçün ötən il Ukraynanı tərk edib. Bu il o yenidən vətəndaşlığını itirdiyi ölkəyə qayıdıb. Saakaşvili qanunsuz olaraq ölkə sərhəddini keçib. Tərəfdarları bir neçə dəfə onun polisin əlindən ala biliblər.