Bakının “Ekspo 2025” namizədliyi ilə bağlı tədbir

14 Dekabr, 2017 14:55 | Siyasət | Baxış sayı: 38
Tədbir
Tədbir

Tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət və hökumət rəsmləri də iştirak ediblər

 Heydər Əliyev Mərkəzində Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün təqdimat keçirilib. Tədbirdə diplomatik korpusun nümayəndələri ilə yanaşı, dövlət və hökumət rəsmləri də iştirak ediblər.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov və “Ekspo 2025 Bakı” Əməliyyat Katibliyinin icraçı direktoru Pol Foster çıxış ediblər.

Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi, adət və ənənələri, dini tolerantlığı, eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər və Azərbaycanın təklif etdiyi “Ekspo” mövzusu ilə bağlı videoçarxlar nümayiş olunub.