Azərbaycan üçün viza verilmə müddəti 3 gündən 3 saata endirilir

14 Dekabr, 2017 16:10 | Siyasət | Baxış sayı: 214
viza
viza

Cavab emailə göndəriləcək

Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün edilən müraciətə ən geci 3 saat müddətində baxılacaq. Bu “Turizm haqqında” qanuna dəyişiklikdə əksini tapıb. 

Qanunun 7-1-ci (Turizm vizası) maddəsinin 7-1.16-cı bəndinə əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir.

Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. 

Hazırda ölkəyə gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən tez 3 iş gün müddətinə baxılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.