Vahid Mustafayev: "Döyüşdən kənar qalsaq, Azərbaycanı itirə bilərik!"

14 Noyabr, 2019 13:59 | Siyasət | Baxış sayı: 448
Vahid Mustafayev cəbhədə
Vahid Mustafayev cəbhədə

"Düşünürəm ki, Armavir İntiqamı Azərbaycan siyasətinin böyük uğuru hesab olunmalıdır!"

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Rusiyanın Armavir şəhərinin mərkəzi parkında Qaregin Njdeye qoyulan anım löhvəsinin qara rəngə boyanması ilə bağlı məqalə yazıb. İstiPress V.Mustafayevin "Facebook" səhifəsində paylaşdığı bu yazını təqdim edir:

"11 Oktyabr 2019-cu il, Türkmənistanın paytaxtı Aşqabadda, Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın paytaxtı Yerevanın mərkəzində faşist ordusunun cəlladı Qaregin Njdeyə qoyulan abidənin bütün dünya ictimaiyyətinə qarşı təhqir olduğunu və bu faktın Ermənistanın regionda apardığı siyasi doktrinası ilə vəhdət təşkil etməsini bəyan edəndən sonra Rusiya və digər ölkələrdə nasist Almaniyası ilə sıx əməkdaşlıq edən bu erməni faşistinə qoyulan abidələr bir-bir götürülməyə başlayır. 

Belə ki, Rusiyanın Armavir şəhərinin mərkəzi parkında Qaregin Njdeye qoyulan anım löhvəsi şəhər ictimaiyyəti, Rusiya və yerli Azərbaycan vətənpərvərləri və başda Aleksandr Vinoqradov olmaqla, bir sıra deputatlar tərəfindən qara rənglə boyanıb. Bu İlham Əliyevin çıxışından sonra Rusiya deputatlarının şəhər meriyasına etdiyi müraciətin icra olunmamasından sonra ictimai protest əlaməti olaraq baş verib.

Anlamaq çətin deyil, Qaregin Njde Böyük Vətən müharibəsi illərində Şimali Qafqazda Sovet Ordusuna qarşı döyüşlərdə iştirak edən erməni qırıcı SS Legionunun təşkilatçısı və rəhbəri olub. Rusiyanın cənub ərazilərində 1941-42-ci illərdə minlərlə SSRİ vətəndaşı, o cümlədən Armavir şəhər sakinlərinin qohumlarının cəlladcasına canını alan qatilin anım lövhəsi bu şəhərdə qala bilməzdi. Baxmayaraq ki, Armavir şəhərinin 32% əhalisi erməni və onlarla qarışıq millətlərdən ibarətdir - bu aksiyanı yerli vətənpərvər qüvvələr bütün mövcud təzyiqlərə baxmayaraq həyata keçirdi!

Unutmaq lazım deyil ki, XX əsrin əvvəlində, hələ faşist Almaniyası ilə əməkdaşlıqdan əvvəl Qaregin Njde Naxçıvan və Zəngəzur ərazilərində azərbaycanlılara məxsus 100-ə yaxın qəsəbə və kəndin əhalisini sonuncu sakininədək qırıb yer üzündən silmişdi. Oksford universiteti tərəfindən 2015-ci ildə çap olunan Tomas de Valın kitabından (Thomas de Waal. Great Catastrophe. Armenians and Turks in the Shadow of Genocide. — Oxford University Press, 2015.) bizə məlum olur ki, Qareqin Njdenin üç minlik başkəsənlər ordusunun fəaliyyəti nəticəsində Naxçıvan və Zəngəzur ərazilərində etnik təmizləmə nəticəsində 10 mindən çox yerli müsəlman, azərbaycanlı müxtəlif yollarla məhv edilib.

Bu faktlarla əlaqədar niyə bizim alimlərimiz və əlaqəli dövlət strukturları mübarizə aparmır, anlamıram… Axı Qareqin Njdedən əlavə həmin ərazilərdə Andronik Ozanyan da 5 minlik ordusu ilə Azərbaycan kəndlərini məhv edib. Belə ki, 2013-cü ildə Böyük Britaniyada işıq üzü görən Mark Levinin kitabını əsas tutsaq (Mark Levene. The Crisis of Genocide. Devastation: The European Rimlands 1912-1938. — Oxford University Press, 2013.), Andronikin silahlı dəstəsi də 10 mindən çox azərbaycanlı əhalisini - uşaq, qadın, qoca, cavana fərq qoymadan məhv edib. Hətta bu faktları erməni alimi Klod Mutafyan (Claude Mutafian. Karabakh in the twentieth century // Caucasian Cnot. — 1994.) 1994-cü ildə yazdığı kitabında Zəngəzurun “erməniləşdirilməsi” kimi qələmə vermişdi. Bunlardan başqa, Poqos Ter-Davtyan və etnik təmizləmələrlə məşğul olan digər silahlı dəstələr də var idi. Sadə bir misalla bu dəhşətli ölüm arifmetikasının dinamikasını izləmək asandır:
Diqqətlə baxın, Natalya Volkovanın (Н. Г. Волкова. «Этнические процессы в Закавказье в XIX—XX веках», Кавказский Этнографический сборник, IV часть, Институт Этнографии им. Н. Н. Миклухо-Маклая АН СССР, Москва, Наука, 1969.) gətirdiyi faktoloji sənədlərə əsasən, 1897-ci ildə Zəngəzur qəzasının 137,9 minlik əhalisinin 71,2 minini (51,7%) azərbaycanlılar, 63,6 minini (46,2%) ermənilər, 1,8 minini (2,1%) isə kürdlər təşkil edirdi.
Lakin 1922-ci ildə, kənd təsərrüfatı siyahıyaalma nəticələrinə görə, Zəngəzur əhalisi cəmi 63,5 min nəfər idi. Onlardan 56,9 minini (89,5%) ermənilər, 6,5 minini (10,2%) azərbaycanlılar və 0,2 minini (0,3%) ruslar təşkil edirdi. Azərbaycanlıları dəstəkləyən və müsəlman olan kürdlərin isə hamısını məhv etmişdilər.

Hesablamaq çətin deyil – 25 ilə (əsasən 1905-1920-ci ilədək) Zəngəzurda 64,7 min azərbaycanlı əhalisi etnik təmizləmələr nəticəsində məhv edilmişdi – bu, öz növbəsində Xocalı soyqırımında qırılan əhalidən 100 dəfə çoxdur!!! Əhalinin sayı 52%-dən cəmi 10,2% faizə qədər qırdırılmışdı!!! Hörmətli bacı və qardaşlarım, bu statistika deyil – bu bizim doğmaca ulu babalarımız və nənələrimizdir – doğma!.. heç nədə günahları olmayan azərbaycanlılardır!

Düşünürəm ki, Armavir İntiqamı Azərbaycan siyasətinin böyük uğuru hesab olunmalıdır! Bu proses dayanmamalı və yalnız İlham Əliyevin səyləri nəticəsində yox, eyni zamanda Armavirdə yüksək səviyyədə və peşəkarlıqla hərəkət edən diasporumuzdan da ibrət alıb dünyanın hər yerində cərəyan davam etməlidir. Buna tək Azərbaycan Prezidenti etməməlidir, Xocalı soyqırımının şahidi olan, minlərlə vətəndaşını itirən Azərbaycan xalqı, faşistlərə, cəlladlara qarşı olan hər bir insan övladı bu məsələdə mövqeyini ortaya qoymalıdır. Azərbaycan vətəndaşları və vətənpərvərləri beynəlxalq təşkilatlara məktublar yazmalı (elektron ünvanlar: info@amadeu-antonio-stiftung.de – Almaniya, segreteria@insmli.it – İtaliya, brian.hegarty@naar.org.uk – Böyük Britaniya, fspus@socialism.com – Böyük Britaniya), Rusiya Federasiyası və Armavir şəhərinin rəhbərliyinə müraciətlər etməlidir. Unutmayin ki, Armavir Vətənpərvərləri Qareginin anım löhvəsini sadəcə “qara günə” salıblar, hələ dövlət tərəfindən demontaj edilməsinə nail ola bilməyiblər - demək, mübarizə hələ də davam etməli və son olaraq Yerevan şəhərində bu və digər murdar cəlladların heykəlləri demontaj olunub sahiblərinin əbədi məkanı olan cəhənnəmə yollanılmalıdır ki, Njde və digərləri tərəfindən vəhşicəsinə qətlə yetirilən on minlərlə günahsız müsəlman, xristian və yəhudi qurbanı axirətdə və onların nəsilləri özlərinə dinclik tapa bilsinlər. Ya da ki, onların qanlarını yerdə qoymamaq üçün Yerevanın mərkəzindəki bu heykəlləri darmadağın etmək üçün fiziki hərəkət etməliyik!!! Hər iki halda bu, bir adamın yox, təcavüzə uğramış bütöv bir xalqın vətəndaşlıq borcudur!

Budur meydan, əziz həmvətənlərim - Döyüş alnınıza yazılıb 2/216

PS. Bu arada, bu gün Ermənistanın Rusiyadakı səfirliyi Armavir Şəhər Şurasının deputatı Aleksey Vinoqradovun İkinci Dünya müharibəsi zamanı Vermaxt ilə əməkdaşlıq edən erməni "qəhrəmanı" Qaregin Njdenin xatirə lövhəsini qara rəngə boyamasına qəzəbini ifadə edib. Erməni diplomatlar bu cür hərəkətlərin etnik gərginliyə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
https://www.interfax.ru/russia/684040
Odur ki, yuxarıda yazdığım kimi - döyüş davam edir, hörmətli bacı və qardaşlar!.. və bu döyüşdən kənarda qalmaq Azərbaycanı itirməklə nəticələnə bilər!

11 Oktyabr, Türkmənistanın Aşqabad şəhərində keçirilən MDB Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı.
11 Oktyabr, Türkmənistanın Aşqabad şəhərində keçirilən MDB Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı.
Rusiya deputatı Aleksey Vinoqradov Armavirdə Qareginin anım lövhəsini qara rənglə boyayır.
Rusiya deputatı Aleksey Vinoqradov Armavirdə Qareginin anım lövhəsini qara rənglə boyayır.
Rusiya, Armavirdə Qareginin anım lövhəsi.
Rusiya, Armavirdə Qareginin anım lövhəsi.
Andronik Ozanyan
Andronik Ozanyan
Qariqen Njde
Qariqen Njde
XX Əsrin Əvvəllərində etnik təmizləmələr nəticəsində məhv edilən Azərbaycanlılar
XX Əsrin Əvvəllərində etnik təmizləmələr nəticəsində məhv edilən Azərbaycanlılar
XX Əsrin Əvvəllərində etnik təmizləmələr nəticəsində məhv edilən Azərbaycanlılar
XX Əsrin Əvvəllərində etnik təmizləmələr nəticəsində məhv edilən Azərbaycanlılar
Faşist Almaniyasının başında Qariqen Njde olan Erməni Legionu
Faşist Almaniyasının başında Qariqen Njde olan Erməni Legionu
Ermənistanda Andronik Ozanyana qoyulan heykəl
Ermənistanda Andronik Ozanyana qoyulan heykəl
Yerevanda Qareqin Njdeyə qoyulan heykəl
Yerevanda Qareqin Njdeyə qoyulan heykəl