Tramp səhv etdi, Ərdoğan düzəltdi

14 Noyabr, 2019 14:30 | Siyasət | Baxış sayı: 111
ABŞ və Türkiyə prezidentləri
ABŞ və Türkiyə prezidentləri

"4 yox, 40 milyard..."

Ötən gün ABŞ-da həmkarı Donald Trampla görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı liderin səhvini düzəldib. Tramp 1 saatdan çox çəkən görüşdən sonra keçirilən mətbuat konfransında yanlışlığa yol verib. 

Jurnalistlərdən biri ona "Suriyalıların vətənlərinə geri qayıtması üçün avropalı liderlərlə görüşmə şansınız olub?" sualını ünvanlayıb. Trampın cavabı isə belə olub: "Türkiyənin cibindən çox pul çıxır. 4 milyard dollardan çox..."

Ərdoğan isə dərhal Trampın sözünü kəsərək, bunun 4 deyil, 40 milyard dollar olduğunu bildirib.