Prezident ABŞ-dan gələn yəhudi rəsmini qəbul etdi

14 Noyabr, 2019 08:20 | Siyasət | Baxış sayı: 19
Qəbul
Qəbul

Honlayn Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinidir

Prezident İlham Əliyev  Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.

Malkolm Honlayn deyib ki, bu qədər fikir ayrılığı, bu qədər gərginliyin şahidi olduğumuz bir zamanda Azərbaycan prezidentinin vaxt ayıraraq insanları bir araya gətirmək üçün təşəbbüs göstərməyi bir faktdır. "Düşünürəm ki, bizim üzərimizə düşən məsuliyyət də burada olub Sizə dəstək nümayiş etdirmək və bunu qiymətləndirməkdir".

Prezident İlham Əliyev qonağa təşəkkür edib. "Eyni zamanda, biz çox uğurlu Mədəniyyətlərarası Dialoq üzrə Forum və ənənəvi Bakı Humanitar Forumunu keçiririk. Beləliklə, biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk və Azərbaycan artıq çox fəal dialoq məkanına çevrilib. Düşünürəm ki, belə mühüm tədbirə ev sahibliyi etmək üçün doğru zamandır. Ümidvaram ki, o, uğurlu olacaq, yaxşı nəticələr əldə ediləcək".