Ərdoğan ABŞ-a getdi, ermənilərlə bağlı qanun donduruldu

14 Noyabr, 2019 10:40 | Siyasət | Baxış sayı: 139
Lindsi Qrem
Lindsi Qrem

Senat qondarma erməni soyqırımı haqqında bəyanatı blok edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərindən sonra qondarma erməni soyqırımı haqqında bəyanat bloklanıb. Respublikaçı senator Lindsi Qrem bu barədə məlumat verib.

Qrem bir senatorun bütün palata tərəfindən qəbul edilməsini dondurmaq hüququndan istifadə edib.

"Mən Ərdoğan və Trampla görüşdüm,  Türkiyənin Suriyaya müdaxiləsinə görə qarşılaşdığımız problemlərdən danışdım. Ümid edirəm ki, iki ölkə birlikdə bu problemləri həll edə bilər".

Xatırladaq ki, Qrem Trampın yaxın tərəfdaşlarından hesab edilir. O, bildirib ki, senatorlar tarixi dəyişə, yenidən yaza bilməzlər. 

ABŞ Nümayəndələr Palatası oktyabrın 29-da  qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Qətnamənin lehinə 405, əleyhinə isə 11 nəfər səs verib.
Qətnamənin müəllifi ermənipərəst mövqeyi ilə tanınan demokrat Adam Şiffdir.