Tərcümə böhranı Putini əsəbləşdirdi VİDEO

14 Noyabr, 2017 10:40 | Siyasət | Baxış sayı: 284
Vladimir Putin
Vladimir Putin

Rusiya prezidentinin hirsi üzündən oxundu

Ötən gün Moskvaya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri ilə görüşü zamanı tərcümə böhranı yaranıb. İstiPress-in məlumatına görə, prezidentlərin Soçidə başlayan görüşü 2 saatdan çox davam edib. 

Görüşdən sonra Ərdoğan və Putin birgə mətbuat konfransı keçirmək üçün kameralar qarşısına keçiblər. İlk olaraq çıxışa Putin başlayıb. Ancaq onun nitqinin başında sinxron tərcümə sistemində problem yaranıb və onun dedikləri türk dilinə tərcümə edilməyib. Bu barədə dərhal Putinə xəbər verilib. O, isə "tərcümə yoxdur? Nə baş verdi? Siz məni eşidirsiz", deyə hirsini gizlədə bilməyib. 

Bir müddət cəhd edilsə də sistemdə olan problemi aradan qaldırmaq mümkün olmayıb. Bundan sonra Putin tərcüməcilərin xidmətindən istifadə etməyi məsləhət görüb. 

Rusiya prezidenti tərcümə böhranından sonra çıxışına yenidən başlamaalı olub.