Lavrov Qarabağa görə Azərbaycana gəlir

14 Noyabr, 2017 12:23 | Siyasət | Baxış sayı: 307
Sergey Lavrov
Sergey Lavrov

O, Ermənistana da gedəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana və Ermənistana səfər edəcək. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, XİN başçısın səfəri noyabrın 19-20-nə planlaşdırılıb. 

Lavrov ilk olaraq Bakıya gələcək, bir gün sonra isə o İrəvana gedəcək. 
S.Lavrovun regiona səfəri zamanı gündəmdə olan əsas məsələ Qarabağ münaqişəsinin tənzimlənməsi olacaq. 

Onun həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Edvard Nalbandyanla Elmar Məmmədyarovun görüşünün gündəliyinin effektivliyini artırmağa da çalaışacağı qeyd eidlir.