Erməni ordusu öz əsgərlərini bombaladı

14 Noyabr, 2017 12:00 | Siyasət | Baxış sayı: 622
Atəşkəs rejimini pozan erməni hərbçiləri (arxiv)
Atəşkəs rejimini pozan erməni hərbçiləri (arxiv)

Səriştəsiz orduda növbəti “çp”

Ermənistan ordusundakaı savadsızlıq öz başlarına dərd oldu. İstiPress-in məlumatına görə, erməni artilleriyaçılar öz hərbi hissələrini atəşə tutublar . 

Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar. Belə ki, minaatan  heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin  işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb.

Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də  hadisə ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilir.