Erməni hərbçilər Madagizdə özlərini güllələdilər

14 Noyabr, 2017 13:50 | Siyasət | Baxış sayı: 265
Erməni əsgərinin papağı
Erməni əsgərinin papağı

İddiaya görə, hərbçilər silahı boşaldarkən ehtiyatsızlıq qurbanı olublar

Ermənistan ordusunun 2 hərbi qulluqçusu döyüş postunda yaralanıb. İstiPress-in əldə etdiyi məlumata görə, hadisə Ermənistan tərəfindən işğal edilən Madagiz yaşayış məntəqəsində olub.

Döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bilidirilir.

İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəblərini qərargah zabitləri özləri araşdırırlar.