Azərbaycanda telekanala yeni baş direktor təyin edildi

14 Noyabr, 2017 19:04 | Siyasət | Baxış sayı: 338
Telekanal
Telekanal

Keçmiş baş direktor faktı təsdiqləyib

CBC telekanalına yeni baş direktor təyin edilib.

İstiPress-in məlumatına görə, bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.

ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru Azər Xəlilov faktı APA-ya təsdiqləyib.

Onun sözlərinə görə, bu gün CBC telekanalının təsisçisi "SOCAR Media" İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib.  

Qeyd edək ki, təcrübəli jurnalist Vüqar Xəlilov Azər Xəlilovun qardaşıdır.