Azərbaycanalı milyarderin stadionu satılmadı

14 Noyabr, 2017 13:20 | Siyasət | Baxış sayı: 155
Mardan stadionu
Mardan stadionu

Hərraca 1 adam belə gəlməyib

Rusiyada barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı, "Çerkizov" bazarının keçmiş sahibi, "Mardan palace" otelinin sahibi Telman ismayılovun mülkinə alıcı tapılmadı. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Sosial Təhlükəsizlik Qurumuna olan borclarına görə, "Mardan" stadionu 101 milyon lirəyə satışa çıxarılmışdı. Lakin bu stadiona növbəti dəfə keçirilən hərracda da alıcı çıxmayıb.

Ümumiyyətlə stadionun hərracına bir nəfər olsun belə qatılmayıb. Satışın qiyməti düşürülsə də, iş adamına məxsus otelin stadionunu heç kim almaq istəməyib. 

Qeyd edək ki, hərraca çıxarılan əmlaka 1,4 milyard dollar xərclənərək inşa edilən "Mardan Palace"yə aid stadionun yer aldığı 74013 kvadrat metrlik sahədəki idman kompleksi, stadionun yanında, 28 394 kavdrat metr sahəsi olan spot otel bloku ilə işçilər üçün nəzərdə tutulan bina daxil idi.